"Qalatasaray" futbol klubu "Real Madrid" tərəfindən 36-cı dəfə keçiriləcək "Santiyaqo Bernabeu" kuboku üçün Madridə yola düşüb. SİA-ın məlumatına görə, səhər saatlarında çarter reysi ilə Madridə yola düşən "cim-bom"un heyətində aşağıdakı futbolçular yer alır: Fernando Muslera, İsmayıl Çipe, Aleks Telles, Hakan Balta, Lionel Karole, Koray Günter, Tarık Çamdal, Sabri Sarıoğlu, Bilal Qısa, Cem Paul Karacan, Yasin Öztekin, Səlçuk İnan, Vesley Sneyder, Xose Rodrigez, Olcan Adın, Əmrə Çolak, Umud Bulud, Lukaş Podolski.
"Qalatasaray" klubu axşam saatlarında "Real Madrid"in Valdebebas kompleksində son hazırlıqlarını keçəcək və sabahkı matçın vaxtını gözləməyə başlayacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB