Samir Əliyev: "Qırmızı vərəqə planlarımızı alt-üst elədi" AÇIQLAMA

Samir Əliyev: "Qırmızı vərəqə planlarımızı alt-üst elədi" AÇIQLAMA

"Qələbə qazanmaq istəyirdik. Futbolçular bunun üçün çalışdılar". SİA-nın məlumatına görə, bu sözləri Topaz Premyer Liqasının II turunun "İnter" - "Neftçi" (1:0) qarşılaşmasından sonra qonaq komandanın baş məşqçisi Samir Əliyev deyib. O, matçı belə şərh edib: "Qırmızı vərəqə bizim planlarımızı alt-üst elədi. Bəzi futbolçular bu qırmızı vərəqədən sonra psixoloji cəhətdən sındılar. Məqsədimiz 2-ci hissədə qol buraxmayıb, bərabərlik qolunu vurmaq idi. Rəqib də 10 nəfər qaldıqdan sonra imkanlarımız çoxaldı. Amma qol vura bilmədik".

Bütün xəbərlər Facebook səhifəmizdə