“Neftçi” heyətini gücləndirir

Klub ispaniyalı hücumçu ilə müqavilə imzalayıb
“Neftçi” heyətini gücləndirir

"Neftçi" futbol klubu ispaniyalı hücumçu Antonio Salas Kinta ilə müqavilə imzalayıb. Paytaxt klubunun "Anete" ləqəbi ilə tanınan 29 yaşlı futbolçu ilə müqaviləsinin müddəti bir illikdir.

Hücumçunun son klubu Bolqarıstanın "Levski" (Sofia) klubu olub. Ötən mövsüm Sofia təmsilçisinin heyətində 28 dəfə meydanda olan Antonio Salas Kinta rəqib qapıçıları 14 dəfə məyus edib. İspaniyanın "Real Sosyedad" klubunun yetirməsi olan futbolçu karyerası ərzində yerli "Korya", "San Roke", "Real Xaen", "Keuta", həmçinin Yunanıstanın "Olimpiakos" (Volos) və "Niki Volos" komandalarında oynayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə