UEFA FİFA-dan Platini barəsində tənqidi dosye meydana çıxmasının təhqiq olunmasını xahiş edib
UEFA FİFA-dan nə xahiş etdi?

"Welt am Sonntag" nəşrində verilən məlumata görə, UEFA-nın rəhbəri Mişel Platini barəsində tənqidi dosye meydana çıxması ilə əlaqədar Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) Beynəlxalq Futbol Federasiyasına (FİFA) müraciət edərək müvafiq təhqiqat aparılmasını xahiş edib.

FİFA-nın qərargahından KİV-lərə "Platini: şkafda skelet" adlı dosye göndərilib və bu məlumatların çap olunması xahiş edilib. Müəllifi göstərilməyən dosyedə Platininin FİFA prezidenti vəzifəsinə yararlı olması şübhə altına alınır.

UEFA-nın baş katibi Canni İnfantino FİFA-nın baş katibi Jerom Valkeyə sorğu göndərərək bu dosyenin meydana çıxmasının təhqiq olunmasını xahiş edib.

Mişel Platini FİFA prezidenti vəzifəsinə namizədlərdən biridir. Hazırda FİFA-nın rəhbəri Yozef Blatterdir. Bu il mayın 29-da keçirilmiş seçkilərdə qalib gələndən sonra Blatter istefaya çıxmağı qərara aldığını elan edib.

Təşkilatın reqlamentinə əsasən növbəti seçkilərə qədər Blatter Federasiyanın prezidenti vəzifəsini icra edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə