"Qarabağ" klubuun kapitanı Rəşad Sadıqov "Rəvan" üzərində 2:1 hesablı qələbədən sonra jurnalistlərə müsahibə verib. SİA müsahibəni nəzərinizə çatdırır:
- "Yanq Boyz"la oyun haqda nə deyə bilərsiniz?
- "Yanq Boyz"un "Luqano" ilə oyununu izləmişəm. Çox maraqlı komandadır. Hələ belə rəqiblə qarşılaşmamışıq. "SeltiK", "Zalsburq" bir oyun üsbunda oynayırdı, amma "Yanq Boyz" qarışıq oynayır. Gah cinahlardan ötürmələrə, gah drivninq, gah da ara paslarına üstünlük verirlər. Maraqlı komandadı. Bizi çətin və ağır səfər oyunu gözləyir. Xüsusilə də hücum xəttləri çox güclüdür. Onların hücumlarının qarşısını almaq üçün çox güc sərf etməliyik.
- "Yonq Boyz"un hücum xətti güclü olsa da, müdafiədə kifayət qədər boşluqları olan komandadır ...
- Bu barədə nə isə deyə bilmərəm. Mən əsasən hücumlarına fikir verdim. İsveçrə təmsilçisi "Seltik"dən daha rəngarəngdir. Güclü deməzdim amma, rəngarəngdir. Yəni hər cür üsullardan istifadə edirlər. Standart vəziyyətlərdə çox təhlükəlidilər. Bu, bizə əlavə problemlər yaradacaq. 90-cı dəqiqəyə kimi mübarizə aparmalıyıq. Bir anda matçın taleyini dəyişə bilərlər.
- İsveçrədə hansı hesab sizi qane edər?
- Təbii ki, istəyərdik səfərdə məğlub olmayaq. Asan olmayacaq. Ən əsası, iki top fərqi ilə məğlub olmayaq.
- Puponla bağlı nə deyə bilərsiniz?
- Çox tələsirik həmişə. Bədəvi Hüseynov, Reynaldo komandaya yeni gələndə hamı gülürdü. Tələsməmək lazımdır. 3-4 aydan sonra istəniləni verməsə, uğursuz transfer olduğunu demək olar. Hücumçu transfer etmək çox çətindir. Futbolçuları, onların klublarını razı salmaq olmur. Vaxt vermək lazımdır.
- Cavid Hüseynovla bağlı nə düşünürsünüz?
- Çox qarışıq məsələdir. Nə isə açıqlama vermək böyük məsuliyyət tələb edir. Yanlışlıq ola bilər. Bir tərəfdə insan ölümü, digər tərəfdə illərlə çiyin-çiyinə oynadığım futbolçu. Onu deyə bilərəm ki, Cavidi 10 ildir tanıyıram, heç vaxt kiminləsə konflikti olan bir insan olmayıb. İnanmıram ki, o, belə bir hərəkət eləsin. Mərhuma Allahdan rəhmət diləyirəm. Fikrimcə Cavid belə bir şey istəməzdi. O, kiminsə üstünə adam göndərəcək biri deyil.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB