Mövsümdə ilk STATİSTİKA

Topaz Premyer Liqasının 2015/16 mövsümündə ilk avtoqol qeydə alınıb. SİA-nın məlumatına görə, bu, II turun "Rəvan" - "Qarabağ" qarşılaşmasında (1:2) gerçəkləşib. Mövsümün ilk uğursuzu paytaxt təmsilçisinin futbolçusu Yamin Ağakərimzadə olub. Ümumiyyətlə, 1992-ci ildən keçirilən Azərbaycan çempionatlarında 149-cu avtoqol qeydə alınıb.

Mövsüm

Avtoqol

1992

8

1993

2

1993/94

0

1994/95

2

1995/96

4

1996/97

1

1997/98

5

1998/99

5

1999/2000

4

2000/01

7

2001/02

2

2003/04

8

2004/05

7

2005/06

9

2006/07

6

2007/08

5

2008/09

3

2009/10

9

2010/11

7

2011/12

15

2012/13

9

2013/14

13

2014/15

17

2015/16

1

cəmi

149

Ağakərimzadə "Rəvan"ın tarixinə Premyer Liqada öz qapısına qol vuran ilk oyunçu kimi düşüb. Paytaxt təmsilçisi avtoqol müəllifi olan 38-ci komandadır. AZAL (17), "Qarabağ" (14), "Neftçi" (12) və "Bakı" (11) daha çox avtoqola imza atıb.

Rəqibi avtoqol edən komandaların sayı 34-dür. "Qarabağ" 16-cı dəfə rəqib qolu sayəsində fərqlənməklə, "Neftçi"yə çatıb. "Bakı" 15, "İnter" 14 belə halla üzləşib.

Qeyd edək ki, Premyer Liqada oynamış 58 klubdan 44-nün oyununda avtoqol qeydə alınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə