Avro-2016-nın seçmə mərhələsi çərçivəsində martın 28-də Tofiq Bəhramov adına Respublika stadionunda Azərbaycan və Malta milli komandaları arasında keçirilmiş oyunda Namik Ələsgərov zədələnmiş və bir müddət sonra Almaniyanın Plattling şəhərində uğurla cərrahiyə əməliyyatı olunmuşdu. SİA-nın məlumatına görə, bu gündən etibarən Namik Ələsgərov Almaniyada növbəti fizioterapiya kursuna başlayıb.
Qeyd edək ki, futbolçunun bütün müalicə xərci AFFA tərəfindən ödənilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB