Yunis Hüseynov: "Çatışmazlıqlar təcrübəsizlikdən qaynaqlanır" AÇIQLAMA

Yunis Hüseynov: "Çatışmazlıqlar təcrübəsizlikdən qaynaqlanır" AÇIQLAMA

Topaz Premyer Liqasının II turunda keçirilən "Sumqayıt" - "Xəzər Lənkəran" görüşündə qalib müəyyənləşməyib. "Kapital Bank Arena"da keçirilən oyun 1:1 hesabı ilə başa çatıb. SİA-nın məlumatına görə, oyundan sonra hər iki komandanın baş məşqçisi qarşılaşma barədə fikirlərini bidlirib:

Aqil Məmmədov ("Sumqayıt"ın baş məşqçisi): "Mövsümdə ilk ev oyunumuza çıxdıq. Bu qarşılaşmada qalib gəlib, azarkeşlərimizi sevindirmək istəyirdik. Futbolçularda bu istək vardı. Amma sonradan öz səhvimizdən qol buraxıb, 1 xalla kifayətlənməli olduq".

Yunis Hüseynov ("Xəzər Lənkəran"ın baş məşqçisi): "Oyun ağır keçdi. "Xəzər Lənkəran" və "Sumqayıt" komandalarının görüşü həmişə çətin alınır. Biz qalib gəlmək istəyirdik və bunun üçün imkanlarımız da vardı. Futbolçular döyüşdülər və mən komandamdan razı qaldım. Çatışmazlıqlar təcrübəsizlikdən qaynaqlanır. Qarşıda bizi "Rəvan"la ağır oyun gözləyir. Gənclər mübarizə aparırlar, amma onlardan hələ ki, tam razı deyiləm. Öz üzərlərində işləməlidirlər".

Bütün xəbərlər Facebook səhifəmizdə