"Çox ağır oyun oldu. Emosiyaların ön planda olduğu oyundan sonra analiz etmək, danışmaq çətindir. Amma deməliyəm ki, biz bu gün iki xal itirdik". SİA-nın məlumatına görə, bu sözləri Topaz Premyer Liqasının II turunda keçirilən "Kəpəz" - "Zirə" (1:1) oyunundan sonra meydan sahiblərinin baş məşqçisi Şahin Diniyev deyib. Mütəxəssis oyunu belə şərh edib: "Əgər komanda qol vəziyyəti yarada bilmirsə, o zaman heç-heçəyə sevinmək olar. Lakin biz çox sayda qol epizodu yaratsaq da, bunlardan birindən maksimum istifadə etdik. Futbolçulara etirazım yoxdur. Oyunçular isti havada meydançanın hər qarışı üzrə mübarizə apardılar. Qısa zaman ərzində biz oyun formalaşdıra bilmişik. Bəzi çatışmazlıqlar zaman keçdikcə aradan qalxacaq. Bu gün Gəncədə futbol bayramında bizimlə olan hər kəsə təşəkkür edirəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB