Adil Şükürov: "Hesab oyuna görə oldu" AÇIQLAMA

Adil Şükürov: "Hesab oyuna görə oldu" AÇIQLAMA

"Məni doğum günüm münasibəti ilə xüsusi təbrik edən "Kəpəz" rəhbərliyinə təşəkkür edirəm. "Kəpəz" mənim üçün doğma komandadır". SİA-nın məlumatına görə, bu sözləri Topaz Premyer Liqasının II turunda keçirilən "Kəpəz" - "Zirə" (1:1) oyunundan sonra qonaqların baş məşqçisi Adil Şükürov deyib. O, Gəncə şəhərinə böyük futbolun qayıtması münasibəti ilə azarkeşləri təbrik edib.

"Oyuna gəldikdə, biz mübarizə apardıq. Məqsədimiz qələbə qazanmaq idi. Amma 1 xal qazana bildik. Düşünürəm ki, hesab oyuna görə oldu", -deyə baş məşqçi qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə