"Fənərbağça" yeni mövsümə qələbəylə başladı

“Əskişəhərspor” səfərdən əliboş qayıtdı
"Fənərbağça" yeni mövsümə qələbəylə başladı

Türkiyə Superliqasında 2015/16 mövsümünə start verilib. Mövsümün açılış matçında "Fənərbaxça" doğma azarkeşləri önündə "Əskişəhərspor"u qəbul edib. İstanbul nəhəngi Musa Sov və Fernandaonun qollarıyla ilk turu 2:0 hesablı qələbəyla başa vurub.

İlk turda son çempion "Qalatasaray"ı isə "Sivasspor" komandasıyla çətin səfər gözləyir.

Turun ən maraqlı oyunlarından biri Trabzonda baş tutacaq. "Trabzonspor" yeni mövsümdə güclü heyətə malik olan "Bursaspor"u qəbul edəcək.

Türkiyə Superliqası I tur

"Fənərbaxça" – "Əskişəhərspor" 2:0
Qollar: Musa Sov, 45+1, Fernandao, 45+3

15 avqust

23:00. "Trabzonspor" – "Bursaspor"

00:00. "Başakşəhər" – "Antalyaspor"

00:00. "Sivasspor" – "Qalatasaray"

16 avqust

23:00. "Konyaspor" – "Akhisar"

23:00. "Osmanlıspor" – "Kayserispor"

00:00. "Qaziantepspor" – "Kasımpaşa"

00:00. "Mersin İdmanyurdu" – "Beşiktaş"

17 avqust

00:00. "Gənclərbirliyi" – "Çaykur Rizəspor"

Bütün xəbərlər Facebook səhifəmizdə