"Connect TV" və Azərbaycan Futbol Federasiyaları Assosiassiyası (AFFA) arasında razılıq əldə olunub. SİA-nın məlumatına görə, razılığa əsasən, AFFA tərəfindən "Connect TV"yə futbol üzrə Azərbaycan çempionatı oyunları, yəni Topaz Premyer Liqasının II turunun kabel televiziyasının yayımladığı "C1" kanalında retranslyasiya edilməsinə dair hüquq verilib.
Gələcəkdə "CBC sport" kanalında yayımlanacaq oyunlar da "Connect TV" tərəfindən retranslyasiya ediləcək.
Topaz Premyer Liqasının II turunun oyunları həftənin şənbə, bazar və bazar ertəsi günlərində saat 21-də "Connect TV"nin "C1" kanalında yayımlanacaq.
"Connect TV" Bakı, Sumqayıt, Xırdalan şəhərləri və ətraf qəsəbələrdə əhaliyə keyfiyyətli efir-kabel televiziyası xidmətləri göstərir. Hazırda kabel operator televiziyası rəqəmsal və HD yayımda 6 dildə 3 növ kanallar paketində ümumilikdə 172 kanal yayımlayır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB