Mübariz Zeynalovun xatirəsi Gəncədə də anılıb FOTO

Mübariz Zeynalovun xatirəsi Gəncədə də anılıb FOTO

Avqustun 8-də dünyasını dəyişən veteran futbolçu Mübariz Zeynalovun əziz xatirəsi Gəncədə də anılıb. SİA-nın məlumatına görə, bu münasibətlə M. Zeynalovun vaxtilə futbolçu kimi çıxış etdiyi, daha sonralar isə məşqçi kimi çalışdığı "Kəpəz" Peşəkar Futbol Klubunda anım tədbiri keçirilib.

Görüşdə "Kəpəz"in Müşahidə Şurasının üzvləri və klub rəhbərliyi ilə yanaşı, Gəncə futbolunun ayrı-ayrı dövlərini təmsil edən veteranlar bir araya gəlib. M. Zeynalovla birlikdə çiyin-çiyinə oynamış və rəhbərliyi altında çıxış etmiş futbolçular onun haqqında xatirələrini bölüşüblər. Görüşdə M. Zeynalovun Azərbaycan futbolundakı xidmətlərindən, bu sahədəki fəaliyyətindən bəhs olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə