"Mən düşünürdüm ki, o, 6-8 həftə oynamayacaq, amma ola bilər ki, bərpa prosesi 3-4 həftə olsun"
"Arsenal"da vəziyyət gərgindi

İngiltərə Premyer Liqasının II turunda səfərdə "Kristal Pelas"la üz-üzə gələcək "Arsenal"ın baş məşqçisi Arsen Venger komandanın zədəli oyunçuları haqqında məlumat verib. Fransız mütəxəssis "BBC Sport"a açıqlamasında belə danışıb:

"Uilşer artıq məşqlərə başlayıb. Mən düşünürdüm ki, o, 6-8 həftə oynamayacaq, amma ola bilər ki, bərpa prosesi 3-4 həftə olsun. İndi ikinci həftə gedir.

Rosiçki dizindən əməliyyat keçirib. Onun agenti dedi ki, bərpa prosesi 1 və ya 2 ay davam edəcək. Yaşıl meydanlara nə vaxt qayıdacağını isə dəqiq bilmirik.

Uelbek isə ən azı üç həftə oynamayacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə