"Fənərbağça" "Bavariya"nın futbolçusu Aryen Robbeni transfer etməyə çalışsa da, istəyinə nail ola bilməyib. Bu barədə İstanbul klubunun nümayəndəsi İlhan Ekşioğlu "Twitter" hesabından məlumat verib:
"Aryen Robbenin transferi üçün bütün fədakarlıqları etdik. Ancaq təəssüf ki, "Bavariya" buna razılıq vermədi. Amma mütləq sağ cinah üçün transfer edəcəyik. Ən azı Volkan Şəndən başqa daha bir futbolçu alacağıq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB