Topaz Premyer Liqasının II turunda AZAL-la qarşılaşacaq "Qəbələ" matçın hazırlıqlarını davam etdirir. SİA-nın məlumatına görə, avqustun 10-da Qəbələdə keçirilən "Qarabağ"la I turun ev oyunundan (2:2) sonra məşqlərinə ara verməyən "qırmızı-qaralar" üç gündür Bakıda hazırlıq keçir. Baş məşqçi Roman Qriqorçuk qarşılaşmanın ertəsi günü yalnız ilk turda meydana çıxanlara istirahət verib. Paytaxtda keçirilən hazırlıqda isə komanda tam heyətlə məşq keçir. "Qəbələ" əsasən toplu çalışmalardan ibarət olan məşqlərini ADBTİA stadionunda gerçəkləşdirir. Bu günkü hazırlığın qarşılaşmanın keçiriləcəyi stadionda baş tutması planlaşdırılıb.
Avqustun 15-də "AZAL Arena"da keçirilməli olan oyunun yeri də dəyişdirilib. Belə ki, "Qəbələ"nin AZAL-la səfər oyunu "Dalğa Arena"da baş tutacaq. Qarşılaşma saat 21:00-da başlayacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB