B kateqoriyalı məşqçi kursunda iştirak üçün nə qədər pul lazımdır?

B kateqoriyalı məşqçi kursunda iştirak üçün nə qədər pul lazımdır?

Sentyabrın 7-dən 11-dək (birinci mərhələ), 21-dən 25-dək (ikinci mərhələ) və 28-dən oktyabrın 4-dək (üçüncü mərhələ) Bakı şəhərində AFFA tərəfindən UEFA-nın B kateqoriyalı məşqçi kursu keçiriləcək. SİA-nın məlumatına görə, kursda iştirak etmək üçün aşağıdakılar tələb olunur:

1. Ərizə

2. Şəxsiyyət vəsiqəsinin surəti

3. Sağlamlıq haqqında arayış

4. 2 ədəd şəkil (3x4)

5. "C" Lisenziya və diplomun surəti

Kursda iştirak üçün ödənişin məbləği 1000 manatdır. Ödəniş nağd və ya köçurmə yolu ilə aparıla bilər.

Əlaqələndirici şəxs: Anar Şıxəliyev

Əlaqə telefonu: +994 12 404 27 77; daxili: 11-30

E-mail: [email protected]

Həftənin I-V günləri saat 09:00-dan 18:00-dək müraciət etmək olar.

Sənədlər avqustun 21-dək qəbul olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə