“Qəbələ”- “Panatinaikos” oyununun baş hakimi Andre Marriner

“Qəbələ”- “Panatinaikos” oyununun baş hakimi Andre Marriner

UEFA Avropa Liqası yarışlarının pley-off mərhələsində mübarizə aparan "Qəbələ" komandasının "Panatinaikos"la öz meydanındakı ilk oyununu idarə edəcək hakimlər müəyyənləşib. Avqustun 20-də saat 21:00-da "Bakcell Arena"da Yunanıstan klubu ilə qarşılaşacaq Azərbaycan çempionatının bürünc mükafatçısının görüşünü ingiltərəli baş hakim Andre Marriner idarə edəcək. Oyunda ona həmyerliləri Simon Bennet və Li Bets kömək edəcək. Qarşılaşmanın dördüncü hakimi Robert Madli olacaq.

İngiltərəli FİFA referisi A.Marriner 2013-cü il martın 26-da futbol üzrə dünya çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycan-Portuqaliya (0:2) görüşünü də idarə etmişdi. Həmin oyunda yığmamızın futbolçusu Rauf Əliyev qırmızı vərəqə alaraq meydanı tərk etmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə