AZAL PFK-nın rəhbərliyi futbolçularla görüşdü FOTOLAR

AZAL PFK-nın rəhbərliyi futbolçularla görüşdü FOTOLAR

AZAL futbol klubunun rəhbərliyi bu gün komanda ilə görüşüb. SİA-nın məlumatına görə, məşqdən öncə baş tutan görüşdə klubun vitse-prezidenti Fikrət Hüseynov futbolçu və məşqçi heyəti ilə söhbətləşib. F. Hüseynov komandanın üzvlərinə cari çempionatda qarşıda duran hədəflər və klubun strategiyası haqqında məlumat verib. O, tamamilə yenilənən və heyəti əsasən gənclərdən qurulan AZAL-ın Topaz Premyer Liqasında laqiyinə çıxış edəcəyinə inandıgını bildirib,komandaya uğurlar arzulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə