"Sumqayıt" FK "Xəzər Lənkəran"la oyunun hazırlığına start verib

"Sumqayıt" FK "Xəzər Lənkəran"la oyunun hazırlığına start verib

Premyer Liqanın ilk turunda səfərdə "Rəvan"la heç-heçə edən (0:0) "Sumqayıt" futbol klubu 2-ci turda qarşılaşacağı "Xəzər Lənkəran"la oyunun hazırlığına start verib. SİA-nın məlumatına görə, dünən "Kapital Bank Arena"da baş tutan axşam məşqində komanda həm fiziki, həm də toplu çalışmalara yer ayırıb. "Rəvan"la görüşdə zədələnən qapıçı Şahrudin Məhəmmədəliyev artıq sağalaraq kollektivə qoşulub. Pərdis Fərcad-Azad isə fərdi məşqlərlə kifayətlənib.

Qeyd edək ki, "Sumqayıt" - "Xəzər Lənkəran" oyunu avqustun 16-da saat 21:00-da "Kapital Bank Arena"da keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə