UEFA Avropa Liqasının "pley-off" mərhələsinin "Qəbələ" - "Panatinaikos" oyununu idarə edəcək hakimlər müəyyənləşib. SİA-nın məlumatına görə, oyunda ədalət prinsiplərini ingiltərəli hakimlər briqadası qoyuyacaq. Qarşılaşmanın baş hakimi Andre Marriner olacaq. Ona Simon Benneti və Li Betis kömək edəcək. Dördüncü hakim qismində isə Rober Madii arenada olacaq.
Qeyd edək ki, "Qəbələ" - "Panatinaikos" matçı avqustun 20-də "Bakcell Arena"da keçiriləcək. Oyunun start fiti saat 21:00-da veriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB