Mehmet Topalın avtomobilinə güllə atılmasının TƏFƏRRÜATLARI

Mehmet Topalın avtomobilinə güllə atılmasının TƏFƏRRÜATLARI

"Fənərbaxça" klubunun futbolçusu Mehmet Topalın avtomobilinin ön şüşəsinə mərmi dəyməsini araşdıran Türkiyə hüquq-mühafizə orqanları açıqlama yayıb. SİA-nın məlumatına görə, açıqlamada bildirilir ki, futbolçunun avtomobilinin ön şüşəsi iddia olunduğu kimi güllə keçirməz olmayıb. Avtomobil və həmin ərazi baxışdan keçirilib, araşdırmalar aparılıb. Qeyd olunur ki, avtomobilin ön şüşəsinə dəyən mərmi üzbəüz aşağı tərəfdən deyil, yuxarı tərəfdən gəlib. Həmin ərazidə isə yuxarı hissədə heç nə olmadığından belə qənaətə gəlinib ki, mərmi daha uzaqlardan atılıb və futbolçunun avtomobili hədəf alınmayıb. Bildirilir ki, güllə uzaqdan atıldığından həmin ərazidə mərmi artıq yuxarı tərəfdən sərbəst şəkildə enməkdə olub. Buna görə, avtomobilin ön şüşəsini deşə bilməyib.

Xatırladaq ki, M. Topal səhər məşqindən sonra bazadan ayrılıb avtomobili ilə hərəkət edərkən yolda avtomaşının ön şüşəsinə güllə mərmisi dəyib. O, dərhal polis idarəsinə gedərək bu barədə məlumat verib.

Bütün xəbərlər Facebook səhifəmizdə