PFL “Qarabağ” - “Rəvan” matçı ilə bağlı dəyişiklik edib

PFL “Qarabağ” - “Rəvan” matçı ilə bağlı dəyişiklik edib

Avropa Liqasında mübarizəni davam etdirən "Qarabağ" klubu Peşəkar Futbol Liqasına müraciət edərək, ev oyunlarının keçirildiyi Tofiq Bəhramov adına Respublika stadionunun təmirə bağlandığını bildirib. SİA-nın məlumatına görə, "Qarabağ" klubu bununla əlaqədar olaraq, II turda "Rəvan"a qarşı keçirilməli olan ev görüşünün yerinin dəyişdirilməsini xahiş edib. Yuxarıda göstərilənləri və "Rəvan" klubunun razılıq məktubunu nəzərə alan Peşəkar Futbol Liqası "Qarabağ" - "Rəvan" matçı ilə bağlı dəyişiklik edib. Belə ki, II tur "Rəvan" - "Qarabağ" kimi, ikinci dövrənin X turunun matçı "Qarabağ" - "Rəvan" kimi qeydə alınıb.
Qeyd edək ki, II turda reallaşacaq "Rəvan" - "Qarabağ" oyunu "Bayıl Arena"da təşkil olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə