Avqustun 24-də və 25-də AFFA tərəfindən Bakı şəhərində UEFA-nın "Pro" və "A" kateqoriyalı məşqçi lisenziyalarının yenilənmə kursları keçiriləcək. SİA-nın məlumatına görə, kursda iştirak etmək üçün aşağıdakı sənədlər tələb olunur:
1. Ərizə
2. Şəxsiyyət vəsiqəsinin surəti
3. Sağlamlıq haqqında arayış
4. 2 ədəd şəkil (3x4)
5. Lisenziya və diplomun surəti
Kursda iştirak üçün ödənişin məbləği:
- Pro lisenziya üçün 700 manat
- A lisenziya üçün 500 manat
Ödəniş nağd və ya köçurmə yolu ilə aparıla bilər.
Əlaqələndirici şəxs: Anar Şıxəliyev
Əlaqə telefonu: +994 12 404 27 77; daxili: 11-30
E-mail: [email protected]
Həftənin I-V günləri saat 9:00-dan 18:00-dək müraciət etmək olar.
Sənədlər avqust ayının 21-dək qəbul olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB