Azərbaycan - Xorvatiya: Bilet satışı davam edir

Azərbaycan - Xorvatiya: Bilet satışı davam edir

Avro-2016-nın seçmə mərhələsi çərçivəsində sentyabrın 3-də, saat 21:00-da, "Bakcell Arena"da keçiriləcək Azərbaycan - Xorvatiya oyununa bilet satışı davam edir. SİA-nın məlumatına görə, biletləri "Bakcell Arena"nın kassalarından, həmçinin Üzeyir Hacıbəyli küçəsi 48 ünvanında yerləşən Bakcell Müştəri Xidmətləri mərkəzindən əldə etmək mümkündür. Həmçinin biletlərin online satışına www.tickets.affa.az saytında da start verilib.

Qarşılaşmanın biletlərinin qiyməti kateqoriyadan asılı olaraq 3, 6 və 50 AZN-dir.

Bütün xəbərlər Facebook səhifəmizdə