Təmizqanlı Qarabağ cinsli atların beynəlxalq səviyyədə idman atları kimi tanıdılması istiqamətində Azərbaycan Respublikasının Atçılıq Federasiyası (ARAF) tərəfindən 2009-cu ildən etibarən ardıcıl tədbirlər həyata keçirilir. ARAF-ın mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, bu tədbirlərin nəticəsi olaraq milli atçılıq tarixində ilk dəfə 2015-ci ilin 24 iyulunda Rusiya Federasiyasının Ryazansk şəhərində 80 km məsafədə təşkil olunmuş beynəlxalq uzaq məsafə yarışında (endurance) Qarabağ atı uğurla iştirak etdib.
"Günay" atçılıq təsərrüfatına məxsus 7 yaşlı "Gafaglı MNM" ləqəbli Qarabağ atı ilə çıxış edən rusiyalı idmançı Maya Novikova yarışları 5-ci yerdə başa vurmağa müvəffəq olub.
2015-ci ilin 29 avqust tarixində "Gafaglı MNM" ləqəbli Qarabağ atının RF-nın Ryazansk şəhərində təşkil olunacaq növbəti yarışda da iştirak etməsi nəzərdə tutulur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB