"Barselona"ya yeni transfer olunan məşhur futbolçu Arda Turan nəhayət ki, axtardığı evi tapıb. SİA-nın məlumatına görə, ona Barselonada ev axtarışında komanda yoldaşları da dəstək olublar. A. Turana daha çox məşhur futbolçu Pike kömək edib. Onun yeni evinin aylıq kirayə haqqı 5 min avrodur. İkimərtəbəli villanın böyük bağçası və hovuzu da var.
Futbolçunun evinin ilk qonaqları yaxın dostları və sevgilisi Aslıhan Doğan olub. O, Madriddədi evindən Barselonaya köçən kimi sevgilisini də yanına çağırıb.
Qeyd edək ki, A. Turan özünə ev tapanadək Barselonada komanda yoldaşı Neymarın evində qalıb. O, sosial şəbəkdə Neymara evini açdığı üçün təşəkkürnü də bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB