Qəbələ Stend və Ox Atıcılığı Kompleksində keçirilən olimpiya atıcılıq növləri üzrə Dünya Kuboku yarışlarının mükafatçıları müəyyənləşib. SİA-nın məlumatına görə, yarışın ilk günündə 3 dəst medal sahibini tapıb. Kişilər və qadınlar skit və 10 metr məsafəyə pnevmatik tüfəngdən atəş açmada qüvvəsini sınayıb. Bu 4 növdə 8 ölkə təmsilçiləri fəxri kürsüyə qaxıb. ABŞ, Çin, İtaliya və İran hərəyə 2 medal qazanıbsa, Xorvatiya, Koreya, Avstriya və Böyük Britaniya hərəyə 1 dəfə fərqlənib.
Skit, qadınlar
1. Katyuşa Spada (İtaliya)
2. Morqan Kraft (ABŞ)
3. Amber Hill (Böyük Britaniya)
Skit, kişilər
1. Vinsent Hançuk (ABŞ)
2. Sebastyan Kunçik (Avstriya)
3. Qabriel Rozetti (İtaliya)
Pnevmatik tüfəng, 10 m, kişilər
1. Çao Yifey (Çin)
2. Sanq Do Kim (Koreya)
3. Peter Qorsa (Xorvatiya)
Pnevmatik tüfəng, 10 m, qadınlar
1. Elahe Əhmədi (İran)
2. Binbin Janq (Çin)
3. Necmə Xedmati (İran)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB