"Çempionatın başlanması münasibəti ilə hər kəsi təbrik edirəm". SİA-nın məlumatına görə, bu sözləri Topaz Premyer Liqasının 2015-2016-cı illər mövsümünün ilk turunda "Qəbələ" ilə qarşılaşan "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov deyib. O, son hadisələrə görə oyuna köklənə bilmədiklərini qeyd edib: "Bizim işimiz futboldur. Birimiz qaçırıq, birimiz düşünürük, digərimiz yazırıq. Futbol bizim ümumi işimizdir. Odur ki, mən mərhum jurnalist Rasim Əliyevə və veteran futbolçumuz Mübariz Zeynalova Allahdan rəhmət diləyirəm. Düşünürəm ki, biz bu oyuna köklənə bilməmişdik. Son hadisələr hər birimizə təsir edir.
Hesab edirəm ki, biz ən yaxşı formada olan komandaya qarşı oynadıq. "Qəbələ"nin Avropa Liqasında irəliləməsi xoşdur. Ümumi götürsək, oyundan razı qaldım. Müəyyən çatışmazlıqlar vardı. Məncə, çempionat üçün heyəti formalaşdırmaq çətin olacaq. Bunun üçün zamana ehtiyac var".
Qeyd edək ki, "Qəbələ" - "Qarabağ" matçı 2:2 hesabı ilə başa çatıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB