Aqil Məmmədov: "İlk qarşılaşma istənilən komanda üçün ağırdır"

Aqil Məmmədov: "İlk qarşılaşma istənilən komanda üçün ağırdır"

"Cari çempionatın ilk oyununa çıxdıq. İlk qarşılaşma istənilən komanda üçün ağırdır". SİA-nın məlumatına görə, bu sözləri Topaz Premyer Liqasının 2015/2016-cı illər mövsümünün ilk turunda keçirilən "Rəvan" - "Sumqayıt" görüşündən sonra qonaqların baş məşqçisi Aqil Məmmədov deyib. O, qarşılaşmanı belə şərh edib: "Biz 10 nəfər qaldıqdan sonra vəziyyətə nəzarət "Rəvan"ın əlinə keçdi. Buna baxmayaraq, futbolçular mübarizə apardılar. Qarşıdakı oyunlara hazırlaşmalıyıq".

Bütün xəbərlər Facebook səhifəmizdə