Qara Qarayevin "Malaqa"da uğurlu debütü

Futbolçumuz "Betis"lə yoxlama görüşündə debüt edib
Qara Qarayevin "Malaqa"da uğurlu debütü

"Əlincə"dən "Malaqa"ya transfer olunan azərbaycanlı futbolçu Qara Qarayev İspaniya təmsilçisinin U-19 komandasının heyətində ilk matçını keçirib.

Futbolçumuz "Betis"lə yoxlama görüşündə debüt edib.

İkinci hissədə meydana çıxan Qarayev 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Oyun isə 4:0 hesabı ilə "Malaqa"nın xeyrinə başa çatıb.

Qeyd edək ki, Qara Qarayev bu yay "Əlincə"dən "Malaqa"ya transfer olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə