“SOCAR Yay Məktəbi-2015”in iştirakçıları velosiped yarışında

“SOCAR Yay Məktəbi-2015”in iştirakçıları velosiped yarışında

SOCAR-ın 2010-cu ildən həyata keçirdiyi və gənclər arasında xüsusi maraq doğuran "SOCAR Yay Məktəbi-2015"in növbəti günü çərçivəsində iştirakçılar Veloparkda velosiped yarışında güclərini sınayıblar. SİA-nın məlumatına görə, Azərbaycan Velosiped İdmanı Federasiyasının (AzVİF) dəstəyi ilə təşkil edilən yarışda 7 komanda iştirak edib.

Reqlamentə görə, tərkibində 2 iştirakçı olan komandalar 1 km marşrut boyunca estafet yarışında mübarizə aparıblar. İlk üçlükdə qərarlaşan iştirakçılar SOCAR və AzVİF tərəfindən xatirə hədiyyələri ilə təltif ediliblər.

Bütün xəbərlər Facebook səhifəmizdə