"Palandökən"də üçüncü nəticə

"Palandökən"də üçüncü nəticə

Azərbaycan milli komandanısın bir neçə üzvü Türkiyənin Ərzurum şəhərində 12-ci Beynəlxalq Palandökən Karate Turnirindən 3-cü nəticə ilə dönüb. Azərbaycan Milli Karate Federasiyasının mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, böyüklərin fərdi yarışlarında Rafiz Həsənov (-67 kq) və Asiman Qurbanlı (+84 kq) qalib olublar. 14-15 yaşlı yeniyetmələrdən Hümmət Baxşəliyev (-57 kq) və 18-21 yaşlılarda kata üzrə çıxış edən Rafiq Əmirov gümüş medallara sahib olublar.

16-17 yaşlı yeniyetmələrdən ibarət seçmə komandanın üzvlərindən Murad Hacızadə (+76 kq) və Elcan Məmmədrzayev (-61 kq), 18-21 yaşlılardan isə Üzeyir Alışanov (-67 kq) bürünc mükafat qazanıblar.

Rafiz Həsənov, Pənah Abdullayev və Asiman Qurbanlıdan ibarət heyətlə komanda yarışlarına qatılan karateçilərimiz çempion olublar.

Bu nəticələrlə ümumi hesabda Azərbaycan 41 ölkə arasında Türkiyə və İrandan sonra üçüncü yerdə qərarlaşıb. Müxtəlif yaş qurupları üzrə 4 gün davam edən ənənəvi Palandökən turnirində 2000-dək idmançı iştirak edib. Bakı və region klublarından da yarışa yollanan idmançılarımız yaxşı nəticə ilə dönüblər.

Bütün xəbərlər Facebook səhifəmizdə