Yunis Hüseynov: "Bizi çətin oyunlar gözləyir"

Yunis Hüseynov: "Bizi çətin oyunlar gözləyir"

Topaz Premyer Liqasının 2015/2016-cı illər mövsümünün ilk turunda "Xəzər Lənkəran" qələbə qazanıb. SİA-nın məlumatına görə, cənub təmsilçisi ilk oyunda "İnter"i 2:0 hesabı ilə məğlub edib. Matçdan sonra hər iki komandanın baş məşqçisi qarşılaşma barədə fikirlərini bildiriblər:

Zaur Svanadze ("İnter"in baş məşqçisi): "Futbolçularım yorğun idilər. Çox pis oynadıq. İndi bir qədər dincəlmək, daha sonra isə vəziyyəti yaxşıya doğru dəyişmək lazımdır".

Yunis Hüseynov ("Xəzər Lənkəran"ın baş məşqçisi): "İlk növbədə futbol ictimaiyyətini yeni mövsüm münasibəti ilə təbrik edirəm. Bilirsiniz ki, heyətimizdə gənc oyunçuların sayı çoxdur. Problemlər olmasına baxmayaraq, rəqibi yaxşı analiz etmişdik. Gənc oyunçular özlərini yaxşı tərəfdən göstərə bildilər. Qarşıda bizi çətin oyunlar gözləyir. Həmin görüşlərə hazırlaşmalıyıq".

Bütün xəbərlər Facebook səhifəmizdə