Topaz Premyer Liqasında debüt edən "Zirə" ilk oyunda uğur qazanıb. SİA-nın məlumatına görə, komanda doğma meydanında AZAL-dan üstün olub - 1:0. Oyundan sonra hər iki komandanın baş məşqçisi qarşılaşma haqda fikirlərini bildirib:
Adil Şükürov ("Zirə"nin baş məşqçisi): "Premyer Liqada ilk oyunumuza çıxdıq. İlk oyunlar çətin olur. Biz çox ağır oyun keçirdik. Düzdür, təlim-məşq toplanışında olmuşduq. Amma istənilən halda ilk oyun çətin alındı. Çatışmazlıqlar var. Bunu aradan qaldırmalıyıq. Bütün bunlara rəğmən, ilk oyunu qalib başa vurduq. Bu münasibətlə klubumuzu təbrik edirəm".
Tərlan Əhmədov (AZAL-ın baş məşqçisi): "Oyunun çətin keçəcəyini bilirdik. Rəqibi tanımırdım. Sadəcə, ötən il AZAL-da oynayıb, indi "Zirə"də çıxış edən futbolçulara bələd idim. Düşünürəm ki, iki fərqli hissə izlədik. İkinci hissədə qol epizodları yaratdıq. Lakin məğlub olduq. İlk turda uduzmaq xoşagələn hal deyil. Buna baxmayaraq, oyunçularımdan razı qaldım. Yeni komanda qurmuşuq. Düşünürəm ki, potensialımız var".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB