Türkiyə superkubokunu "Qalatasaray" qazandı

Türkiyə superkubokunu "Qalatasaray" qazandı

Türkiyə superkubokunun yeni qalibi müəyyənləşib. Həlledici görüşdə "Qalatasaray" və "Bursaspor" üz-üzə gəlib.

Matçın taleyini bir qol həll edib. Görüşün 21-ci dəqiqəsində vurulan qol "Qalatasaray"a minimal hesablı qələbə qazandırıb - 1:0.

Qeyd edək ki, "Qalatasaray" ötən mövsüm həm superliqanın, həm də ölkə kubokunun qalibi olub. "Bursaspor" isə kubokun finalçısı kimi superkubokda oynamaq hüququ əldə edib. Son ölkə kubokunun finalında üz-üzə gəlmiş "Qalatasaray" və "Bursaspor"un duelində "Cim Bom" 3:2 hesabı ilə qalib gəlib.

"Qalatasaray" - "Bursaspor" - 1:0
Qol: Yasin Öztekin, 21 (1:0)
Qırmızı vərəqə: Əmrə Çolak, 88 ("Qalatasaray")

Bütün xəbərlər Facebook səhifəmizdə