"Real" itirə-itirə gedir: ikinci ciddi itki

"Real" itirə-itirə gedir: ikinci ciddi itki

Yeni mövsümün hazırlıqlarını davam etdirən "Real" növbəti ciddi itki ilə üzləşib. "Marca"nın verdiyi xəbərə görə, komandanın aparıcı üzvlərindən olan Pepe sıradan çıxıb. Təcrübəli müdafiəçi "Audi Cup" turnirində "Bavariya" ilə matçda zədələnib.

Onun sağ ayaq əzələsi dartılıb.2-3 həftə yaşıl meydanlarda uzaq qalacaq portuqaliyalı müdafiəçinin İspaniya La Liqasının ilk turunda "Sportinq"lə (Xixon) oyunu buraxacaq.

Bundan əvvəl Madrid klubunun digər futbolçusu Kərim Benzemanın zədə səbəbindən ilk görüşdə oynamayacağı açıqlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə