Portuqaliya mətbuatı “Qəbələ”nin uğurlu çıxışından yazır

Portuqaliya mətbuatı “Qəbələ”nin uğurlu çıxışından yazır

Azərbaycanın "Qəbələ" futbol komandasının UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsində Kipr təmsilçisi "Apollon"u yarışdan kənarlaşdırması Portuqaliya mətbuatının diqqətini cəlb edib.

"Qəbələ"- "Apollon" qarşılaşması haqqında yazan nəşrlər qeyd ediblər ki, baş məşqçi Pedro Emmanuelin komandası portuqaliyalı futbolçular Nunu Lopes, Juan Pedro və Brunonun da səylərinə baxmayaraq, Azərbaycan təmsilçisinə uduzaraq mübarizəni dayandırıb.

"Apollon" komandasını portuqaliyalı baş məşqçi Pedro Emmanuel çalışdırır.

Bütün xəbərlər Facebook səhifəmizdə