Güləşçilərimiz üçün daha bir qızıl medal şansı

Güləşçilərimiz üçün daha bir qızıl medal şansı

Serbiyanın Subotiça şəhərində yeniyetmə güləşçilər arasında Avropa çempionatı davam edir. Çempionatın ilk günündə Azərbaycan güləşçiləri 1 qızıl və 3 bürünc medala sahib olublar. İslam Bazarqanov (50 kq) qızıl, Əsgər Məmmədəliyev (42 kq), Geriya Qadisa (58 kq) və İsmayıl Abdullayev (69 kq) bürünc medal qazanıb.

Yarışın ikinci günündə 46, 54, 63, 76 və 100 kiloqram çəki dərəcələrində sərbəst güləşçilər çıxış ediblər.

Güləşçilərimizdən yalnız ağır çəkidə mübarizə aparan Alimaqomed Alixmayev (100 kq) mübarizəni finala qədər davam etdirib. Türkiyə, Bolqarıstan və Gürcüstan pəhləvanları üzərində inamlı qələbə qazanan güləşçimizin finaldakı rəqibi rəqibi Ermənistan idmançısı olacaq.

Digər güləşçilərimiz mübarizəni erkən mərhələdə dayandırıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə