Bu gün Milli Olimpiya Komitəsində (MOK) Azərbaycanlı idmançı Nazim Babayev İsveçin Eskilstuna şəhərində keçirilən atletika üzrə Gənclərin Avropa çempionatında qızıl medal qazanması münasibətilə mətbuat konfransı keçirilib. SİA-nın xəbərinə görə, Nazim Babayevi qazandığı uğur münasibətilə təbrik edən MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə idmançının "Bakı-2015" I Avropa Oyunları zamanı uğurlu çıxış etdiyini də xatırladıb: "Sevinirəm ki, atletimiz Avropa rekordunu yenilədi. Bununla da Nazim Babayev öz adını Avropa idmanı tarixinə də yazdı. Bizdə atletika üzrə Avropa rekordçusu çox nadir hallarda olur. Bununla da Babayev 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya qazanmış oldu. Artıq Azərbaycan Avropa atletika ailəsinin bir üzvüdür. Bizim əsas məsələlərimizdən biri atletikanın kütləviliyini artırmaqdır. Biz insanları bu idman növünə dəvət etdikdə, onlara kumir göstərməliyik. Sevinirəm ki, artıq belə gənc idmançımız var".
Qeyd edək ki, Atletimiz uzunluğa tullanma yarışlarında 17.04m nəticə göstərərək yeni rekord əldə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB