Avro-2016-nın seçmə mərhələsi çərçivəsində sentyabrın 3-də, saat 21:00-da "Bakcell Arena"da keçiriləcək Azərbaycan – Xorvatiya oyununun biletləri satışa çıxarılıb. SİA-nın AFFA-ya istinadən verdiyi xəbərə görə, biletləri "Bakcell Arena"nın kassalarında, həmçinin Üzeyir Hacıbəyli küçəsi, 48 ünvanında yerləşən Bakcell Müştəri Xidmətləri mərkəzində əldə etmək mümkündür.
Həmçinin biletlərin onlayn satışına start verilib.
Qarşılaşmanın biletlərinin qiyməti kateqoriyadan asılı olaraq 3, 6 və 50 AZN-dir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB