“Qarabağ” klubu braziliyalı futbolçusu ilə yollarını ayırıb

“Qarabağ” klubu braziliyalı futbolçusu ilə yollarını ayırıb

2015-2016-cı il mövsümlərarası fasilədə 10 futbolçu transfer edən Ağdamın "Qarabağ" klubu bir neçə oyunçusu ilə yollarını ayırıb. Klubdan bildiriblər ki, 2014-2015-ci il mövsümündə "Qarabağ"ın formasını geyinmiş braziliyalı yarımmüdafiəçi Danilo Diasla müqaviləyə xitam verilib.

Otuz yaşlı futbolçunun klubla 2016-cı ilin yayınadək müqaviləsi var idi.

Bütün xəbərlər Facebook səhifəmizdə