Bakının "Neftçi" futbol klubu Afyonkarahisardakı təlim-məşq toplanışı çərçivəsində sonuncu yoxlama oyununu keçirib. Xəbər verilir ki, komandamız Türkiyənin "Antalyaspor" klubu ilə qarşılaşıb. Görüş "Neftçi"nin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Qollara Ruslan Qurbanov və Fəhmin Muradbəyli imza atıblar.
Bundan əvvəlki oyunlarda "Alanyaspor" (1:1), "Əl-Faysali" (2:1) və "Ahal" (2:2) klubları ilə qarşılaşmış "Neftçi" avqustun 2-də təlim-məşq toplanışını başa vuraraq Bakıya qayıdacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB