UEFA Çempionlar Liqası yarışlarının üçüncü təsnifat mərhələsi çərçivəsində keçiriləcək "Qarabağ" (Azərbaycan) – "Seltik" (Şotlandiya) qarşılaşmasının biletləri avqustun 2-də satışa çıxacaq.
Klubdan bildiriblər ki, avqustun 5-də saat 21:30-da Tofiq Bəhramov adına Respublika stadionunda təşkil ediləcək görüşün biletlərinin qiymətləri nömrəli sektorlar üzrə 1-10 manat arasında dəyişir. Biletləri Respublika stadionun kassalarında əldə etmək mümkün olacaq.
Qarşılaşmaya marağı nəzərə alaraq 30 min bilet satışa çıxarılıb. Kassalar saat 10:00–dan 20:00-dək fəaliyyət göstərəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB