“Baku Cup-2015”un yeddinci gününə start verilib

“Baku Cup-2015”un yeddinci gününə start verilib

Avqustun 1-də qadınlar arasında "WTA International" seriyasından "Baku Cup-2015" Beynəlxalq tennis turnirinin yeddinci günü çərçivəsində üç yarımfinalın keçirilməsi planlaşdırılıb.

Karina Knapp (İtaliya) və Marqarita Qasparyan (Rusiya), habelə Patrisiya Mariya Tiq (Rumıniya) və Anastasiya Pavlyucenkova (Rusiya) arasında təkbətək görüşlər keçiriləcək. Üçüncü oyunda Marqarita Qasparyan/Aleksandra Panova (Rusiya) və Jaoxuan Yanq/Lin Ju (Çin) cütlükləri avqustun 2-də keçiriləcək finalda iştirak etmək hüququ uğrunda mübarizə aparacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə