Bakının qadınlardan ibarət "Lokomotiv" voleybol klubu daha bir transferi reallaşdırıb. Növbəti legioner amerikalı Kanani Danielsondur. Karyerasına ABŞ-ın Havay Universitetinin (2008-2012-ci illər) komandasında başlayan 25 yaşlı hücumçu 2012-2015-ci illərdə Yaponiyanın "Toyota" klubunda çıxış edib. O, 2014-cü ildə komandası ilə "Kurovashiki Cup" turnirinin qalibi olub. Həmin yarışda Kanani Danielson turnirin "Ən dəyərli oyunçu"su seçilib.
"Lokomotiv" bundan əvvəl Oksana Kiselyova, Ayşən Abduləzimova, Ülkər Kərimova (hər üçü Azərbaycan), Aleksandra Çrnıçeviç (Serbiya), Aneta Havliçkova (Çexiya) və Özgə Kirdar Çəmbərci (Türkiyə) ilə müqavilə bağlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB