“Kəpəz” “Şəmkir”lə üz-üz gəlib FOTOLAR

“Kəpəz” “Şəmkir”lə üz-üz gəlib FOTOLAR

Qarşıdakı mövsümə hazırlığı Gəncədə davam etdirən "Kəpəz" Peşəkar Futbol Klubu özünün əvəzedici heyəti ilə yoxlama oyunlarını keçirməkdə davam edir. Əvəzedicilər bu dəfə I divizonda çıxış edən "Şəmkir" ilə üz-üz gəlib.Bu barədə SİA-ya "Kəpəz" Peşəkar Futbol Klubunun mətbuat xidmətinin rəhbəri Azad Mustafayev məlumat verib. Onun sözlərinə görə, Şəmkir Olimpiya İdman Kompleksində keçirilən oyun "qırmızı-ağlar"ın qələbəsi ilə başa çatıb – 3:2. Azad Mustafayev daha sonra bildirib: "Oyuna istənilən kimi başlaya bilməyən komandamız bir-birinin ardınca rəqibin üç qoluna mane ola bilməyib. Yalnız fasilədən sonra özünü toplanmağı bacaran "sarı-göylər" əzmkarlıq göstərərək buraxılan qollardan ikisinin əvəzini çıxa bilib."

Xatırladaq ki, iyulun 21-də tərəflər sınaq matçında Gəncədə qarşılaşmış və həmin oyun 2:2 hesablı heç-heçə ilə nəticələnmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə