Platini prezidentliyə rəsmən namizəd oldu

Bu barədə UEFA-nın rəsmi saytında məlumat dərc edilib
Platini prezidentliyə rəsmən namizəd oldu

Avropa Futbol Federasiyaları Assosiasiyaları Birliyinin (UEFA) rəhbəri fransız Mişel Platini rəsmən Beynəlxalq Futbol Federasiyası (FİFA) prezidentliyi postuna namizədliyini irəli sürüb. Bu barədə UEFA-nın rəsmi saytında məlumat yerləşdirilib.

`Mən futbol və öz şəxsi gələcəyimi düşünərək dərin və çox düşünülmüş qərar qəbul etdim. Elə anlar olur ki, hər şeyi öz əlinə almağa məcbur olursan. Mən belə anlardan birini yaşayıram`, - deyə Platini qeyd edib.

Qeyd edək ki, iyunun ikisi FİFA prezidenti Yozef Blatter istefa verib. O, bu barədə Sürixdə keçirilən mətbuat konfransında bildirib.

Yenidən FİFA prezidenti seçilən Blatter bu vəzifədə onu hamının dəstəkləmədiyini bildirib.

Xatırladaq ki, Blatterin postundan istefa verməsinə səbəb FİFA-da məlum rüşvət qalmaqalı və yüksək vəzifəli məmurların həbs olunmasıdır. Blatterin istefa qərarı FİFA-da gözlənilməz olub. Blatter mayın 29-u keçirilən prezident seçkilərində sayca üçüncü dəfə FİFA prezidenti seçilmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə