"Azərreyl"in bolqarıstanlı voleybolçusu Straşmira Filipova Avropa çempionatına aparılmayacaq. SİA-nın xəbərinə görə, bu barədə Bolqarıstan millisinin baş məşqçisi Draqan Neşiç açıqlama verib.
Çalışdırıcı bildirib ki, 30 yaşlı blokçunun heyətə daxil edilməməsinə səbəb ayağından əməliyyat olunmasıdı: "Həkimlər Filipovanın 3 aya yaxın meydana çıxmasına qadağa qoyublar. Buna görə də Straşmira sentyabrın 26-dan oktyabrın 4-dək Hollandiya və Belçikada təşkil olunacaq Avropa çempionatına aparılmayacaq. Çünki onun sağlamlığını riskə atmaq olmaz".
Qeyd edək ki, ötən il "Azərreyl"ə (Azəryol) transfer olunan Filipova 2 illik müqavilə bağladığından 2015/2016 mövsümündə də Bakı klubunun uğurları üçün çalışacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB