"İnter" Bilbaoda ilk məşqinə çıxdı

"İnter" Bilbaoda ilk məşqinə çıxdı

Sabah saat 23:45-də Bakının "İnter" futbol komandası UEFA Avropa Liqası yarışlarının üçüncü təsnifat mərhələsi çərçivəsində İspaniyanın "Atletik" (Bilbao) klubu ilə qarşılaşacaq. SİA-nın məlumatına görə, komandamız artıq Bilbaodadır. Bu gün "İnter" ilk məşqinə də çıxıb.

Oyunu yunanıstanlı baş hakim Stavros Tritsonis idarə edəcək. Ona həmyerliləri Xristos Akrivos, İlias Alekseas və İlias Spatas yardım edəcəklər.

Qarşılaşmada hakim inspektor finlandiyalı Youni Hittyia, UEFA nümayəndəsi isə italiyalı Danilo Filatsioni olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə